Ana Sayfa > Karusel > Fəhlə faciəli şəkildə öldü

Fəhlə faciəli şəkildə öldü


22-10-2022, 12:18. Yazar: Admin
Fəhlə faciəli şəkildə öldü

Oktyabrın 21-i saat 13 radələrində Nərimanov rqayonu, 6-cı köndələn küçəsi, 2038-ci məhəllə ünvanında yerləşən “Termoplast” MMC-də fəhlə işləyən 1966-cı il təvəllüdlü Xalıq Əmirovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Nərimanov rayon prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, Xalıq Əmirov müəssisənin ərazisində yerləşən işlək halda olan qurutma dəzgahının bunkerinə yıxılması nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.


Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Hazırda istintaq davam edir.


Geri dön