Ana Sayfa > Karusel > "Niva" dəyərə aşdı - Ölən var

"Niva" dəyərə aşdı - Ölən var


22-10-2022, 11:18. Yazar: Admin

Oktyabrın 21-də saat 18 radələrində Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində rayon sakini Ə.Qurbanov idarə etdiyi “Niva” markalı avtomobili dərəyə aşırıb.

 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Nəticədə avtomobilin sərnişini, Goranboy sakini Habil Şəmilov hadisə yerində ölüb. 

 

Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır. 


Geri dön