Ana Sayfa > Karusel / Manşet > Azərbaycanın "Akıncı" pilotları məzun oldu

Azərbaycanın "Akıncı" pilotları məzun oldu


21-10-2022, 23:36. Yazar: Admin

Azərbaycanın

Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Akıncı" pilotsuz uçuş aparatları ilə təlim keçən daha 110 pilot məzun olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məzun olan pilot-operatorlar Türkiyə, Azərbaycan və Pakistan ordusunun hərbçiləridir.

Təlim keçən şəxslər pilotsuz uçuş aparatları üçün faydalı yük operatoru, mexanik/mühərrik texniki, idarəetmə stansiyası operatoru və silah operatoru kimi fəaliyyət göstərəcək.

Azərbaycan səfiri Rəşad Məmmədov kursu birinci bitirən azərbaycanlı tələbələrə diplom və hədiyyələr təqdim edib.

 


Geri dön