Ana Sayfa > Karusel / Manşet > Baş Prokurorluq Laçında mina partlayışı ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Laçında mina partlayışı ilə bağlı məlumat yayıb


21-10-2022, 20:35. Yazar: Admin

Baş Prokurorluq valideynlərə müraciət etdi

Laçın rayon prokurorluğunun məlumatı

Oktyabrın 21-i Laçın rayonunun işğaldan azad edilmiş Suarası kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparan Elsevər Həmidov və Səbuhi Həsənovun minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilmişdir.

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.


Geri dön