Ana Sayfa > Karusel / Region > Binəli Yıldırım və Şamil Ayrım Türkiyəyə yola salınıb 

Binəli Yıldırım və Şamil Ayrım Türkiyəyə yola salınıb 


21-10-2022, 14:05. Yazar: Admin

 

Binəli Yıldırım və Şamil Ayrım Türkiyəyə yola salınıb - YENİLƏNİB

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Türkiyəyə yola salınıblar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə səfiri Cahit Bağçı "Twitter"də bildirib.

“Cənab Prezident İlham Əliyev cənab başqan Binəli Yıldırım, Şamil Ayrım bəyi və mühafizəçi Oğuzhan qardaşımızı xəstəxanada ziyarət edib. Yaxından maraqlandığı üçün cənab Prezidentə çox təşəkkür edirik. Var olsun! Onların səhhəti yaxşıdır. Türkiyəyə yola saldıq”, - səfir əlavə edib.

 

 


Geri dön