Ana Sayfa > Karusel / Siyasət / İqtisadiyyat > Ərdoğan: Azərbaycan Prezidenti Avropanın qaza tələbatını TANAP-la qarşılamağa dair müsbət fikirdədir

Ərdoğan: Azərbaycan Prezidenti Avropanın qaza tələbatını TANAP-la qarşılamağa dair müsbət fikirdədir


21-10-2022, 13:53. Yazar: Admin

Ərdoğan: Azərbaycan Prezidenti Avropanın qaza tələbatını TANAP-la qarşılamağa dair müsbət fikirdədir

Avropa hazırda Rusiyadan istədiyi anda, istədiyi kimi təbii qaz əldə edə bilmir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan səfərindən geri dönərkən yerli jurnalistlərə müsahibəsində deyib.

Türkiyə dövlət başçısı qeyd edib ki, Avropanın hazırda Türkiyədən gözləntisi ölkəsində Avropaya nəql ediləcək təbi qaz qovşağının yaradılacağı təqdirdə tələblərin qarşılanıb-qarşılanmaması ilə bağlıdır.

“Azərbaycan Prezidenti İlham Əliyev də TANAP vasitəsilə qaz ehtiyacının təmin olunması məsələsində müsbət fikirdədir. Bütün bunları dəyərləndirib ondan sonra addım atacağıq”, - o vurğulayıb.


Geri dön