Ana Sayfa > Karusel / Siyasət > XİN: Azərbaycan hərbçilərinin qanunsuz hərəkətləri kimi iddia edilən görüntülərlə bağlı ətraflı təhqiqat aparılır

XİN: Azərbaycan hərbçilərinin qanunsuz hərəkətləri kimi iddia edilən görüntülərlə bağlı ətraflı təhqiqat aparılır


21-10-2022, 12:42. Yazar: Admin

 

Azərbaycan Xarici İşlər Nazirliyi Ararat Mirzoyana cavab verib - 15.03.2022, Sputnik Azərbaycan

“Bununla belə, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən 17 sentyabr və 2 oktyabr 2022-ci il tarixlərində elan edildiyi kimi, sosial şəbəkələrdə anonim şəkildə yayılan, Azərbaycan hərbçilərinin qanunsuz hərəkətləri kimi iddia edilən video görüntülərlə bağlı hazırda ətraflı təhqiqat aparılır”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq Ədalət Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarı ilə bağlı məlumatında qeyd olunub.

“Əvvəlki dövrdə yayılan və təsdiqini tapmış bəzi video görüntülərlə bağlı cinayət işləri açılaraq təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi təmin edilib”, - məlumatda deyilir.


Geri dön