Ana Sayfa > Karusel > Binəli Yıldırım və Şamil Ayrımın həyatları üçün təhlükə yoxdur, yaxın saatlarda xəstəxanadan buraxılacaqlar

Binəli Yıldırım və Şamil Ayrımın həyatları üçün təhlükə yoxdur, yaxın saatlarda xəstəxanadan buraxılacaqlar


21-10-2022, 10:27. Yazar: Admin

Binəli Yıldırım və Şamil Ayrımın həyatları üçün təhlükə yoxdur, yaxın saatlarda xəstəxanadan buraxılacaqlar

Azərbaycana səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütəmadi həkim nəzarəti altındadırlar.

Səhiyyə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir. Qeyd edək ki, ötən gün Binəli Yıldırım, onun mühafizəçisi və millət vəkili Şamil Ayrımın olduğu avtomobil Zəngilan aeroportu yolunda qəzaya düşüb. Onların hər üçü müayinə üçün helikopterlə Bakıya gətirilib.


Geri dön