Ana Sayfa > Karusel / Siyasət > Çavuşoğlu ATƏT-in Ermənistana missiya göndərməsinə münasibət bildirib

Çavuşoğlu ATƏT-in Ermənistana missiya göndərməsinə münasibət bildirib


20-10-2022, 17:38. Yazar: Admin

 

Hər zaman Can Azərbaycanın yanındayıq - Çavuşoğlu

Cəbrayılda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Ermənistana ehtiyacların qiymətləndirilməsi missiyası göndərməsinə münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında bildirib ki, burada konsensus olmalıdır:

“Azərbaycanın qərarı olmadan, Azərbaycandan razılıq alınmadan belə qərar verilməsi ATƏT-in iş prinsiplərinə ziddir. Belə gözlənilmədən qərarlardan imtina edilməlidir. Bunu şəxsi qərar olaraq görürük. Bu ATƏT-in missiyası deyil. Çünki ATƏT-də qərar qəbuletmə yolları və mexanizmləri bəllidir. Belə qərarlarla bu iş həll edilə bilməz. Yəni qalıcı sülh istəyiriksə, burada səmimi addımlar və beynəlxalq təşkilatların da səmimi dəstəkləri olmalıdır. Tək tərəfli addımlarla olmaz”.


Geri dön