Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Kanadanın CTV telekanalına müsahibəsi zamanı deyib.
“Bildiyim qədəri ilə, biz dəqiq belə bir sifariş verməmişik”, - Ukrayna dövlət başçısı əlavə edib.
Xatırladaq ki, oktyabrın 8-i səhər saatlarında Krım körpüsündə yük avtomobilinin partlaması nəticəsində körpüdə hərəkət edən yük qatarının çənləri yanıb. Hadisə zamanı 4 nəfər həlak olub. Körpünün avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hərəkət hissəsinin 2 zolağı dağılıb.