Ana Sayfa > Karusel > Azərbaycanda enerji böhranı olmayacaq - NAZİR

Azərbaycanda enerji böhranı olmayacaq - NAZİR


20-10-2022, 11:26. Yazar: Admin
Azərbaycanda enerji böhranı olmayacaq - NAZİR

İlin sonuna və qarşıdakı illərdə elektrik enerjisinin istehsalında əhəmiyyətli həcmlərdə artım gözlənilir.

 

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazovun 20 Oktyabr - Energetiklər Gününə həsr olunmuş bugünkü məqaləsində bildirilib.

 

Qeyd edilib ki, 2022-ci ilin sonuna 28,5 milyard kVt·st, 2023-cü ildə 29,9 milyard kVt·st elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpa olunan enerji mənbələrinə əsasən formalaşacaq. Bunun üçün zəngin potensial, bərpa olunan enerjinin inkişafını prioritetləşdirən dövlət siyasəti, yeni qanunvericilik bazası və xarici investisiyaların cəlbi kimi bütün zəruri şərtlər mövcuddur.

 

"Belə ki, Azərbaycanın quruda 26 qiqavatdan çox külək və günəş enerjisi, Xəzər dənizində 157 qiqavat külək enerjisi potensialı var. Azad edilmiş ərazilərdə - Qarabağ və Zəngəzurda isə külək, günəş və hidroenerji potensialı 10 qiqavatdan çoxdur. Bu potensialdan yararlanmaqla elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payını 2026-cı ildə 24%-ə, 2030-cu ildə isə 30%-ə çatdırmaq hədəfi çərçivəsində bu ilin yanvar-mart aylarında Azərbaycanın enerji tarixində ilk dəfə olaraq xarici investisiya əsaslı külək və günəş elektrik stansiyalarının təməli qoyuldu.

 

Ümumi investisiya dəyəri 500 milyon dollardan çox olan 240 MVt gücündə Xızı-Abşeron” KES və 230 MVt gücündə “Qaradağ” GES layihələri üzrə hazırda işlər davam etdirilir. Ölkəmizdə energetika sahəsində xarici investisiya əsaslı ilk layihlər çərçivəsində tikiləcək bu stansiyaların istismara verilməsi nəticəsində ildə 1,5 mlrd. kVt·st elektrik enerjisinin istehsalı, 330 mln.m3-dən çox təbii qaza qənaət edilməsi, 600 min tondan çox karbon emissiyasının qarşısının alınması gözlənilir".


Geri dön