Ana Sayfa > Karusel > Metroda daha 2 yeni qatar xəttə BURAXILIR

Metroda daha 2 yeni qatar xəttə BURAXILIR


20-10-2022, 10:31. Yazar: Admin
Metroda daha 2 yeni qatar xəttə BURAXILIR

"Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Metrovaqonmaş” müəssisəsindən aldığı 2 yeni qatar Bakıdadır.

 

Bunu Qarabaginfo.az-a qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

 

Onun sözlərinə görə, 2 yeni qatar (10 vaqon) artıq Nərimanov elektrik deposundadır:

 

"Müqavilə şərtlərinə uyğun olaraq, digər 2 qatarın da ilin sonuna qədər Azərbaycana gətirilməsi planlaşdırılır".

 

Yeni qatarların Həzi Aslanov-Dərnəgül xəttinə buraxılması gözlənilir.

 

Xatırladaq ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən Bakı metrosu 2020-2022-ci illərdə Rusiyadan ümumilikdə 12 qatar (60 vaqon) almalıdır.


Geri dön