Ana Sayfa > Karusel / Manşet > Xameneinin müşaviri: “İran və Səudiyyə Ərəbistanı səfirliklərini yenidən açmalıdır”

Xameneinin müşaviri: “İran və Səudiyyə Ərəbistanı səfirliklərini yenidən açmalıdır”


19-10-2022, 23:02. Yazar: Admin

Xameneinin müşaviri: “İran və Səudiyyə Ərəbistanı səfirliklərini yenidən açmalıdır”

İranın Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri və keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrin bərpa edilməsinin vacibliyini vurğulayıb.

Qarabaginfo.az-ın məlumatına görə, Əli Əkbər Vilayəti deyib ki, biz Səudiyyə Ərəbistanı ilə qonşuyuq və bir yerdə yaşamalıyıq.

 

Keçmiş iranlı diplomat bildirib ki, problemləri həll etmək üçün iki ölkənin səfirlikləri yenidən açılmalıdır.

Qeyd edək ki, hər iki ölkə 2016-cı ildə Səudiyyə Ərəbistanının Tehrandakı diplomatik missiyasına hücumdan sonra əlaqələri kəsib. Ötən aprel ayından etibarən iki tərəf diplomatik əlaqələrin bərpası üçün Bağdadın vasitəçiliyi ilə danışıqlar aparır.


Geri dön