Ana Sayfa > Karusel / Manşet > Norveç hava limanı ərazisində dron görüntüləndi: Gərginlik yaşandı
Norveç hava limanı ərazisində dron görüntüləndi: Gərginlik yaşandı19-10-2022, 22:06. Yazar: Admin |
Norveçdə - Bergenin ikinci ən böyük hava limanı qısa müddətə bağlanıb. Buna səbəb yerli əhalinin ərazidə dronun uçuşunu müşahidə etməsi olub. Bu barədə yerli polis məlumat yayıb. Polis nümayəndəsi Oryan Yuvik bildirib ki, Bergen hava limanında dronun olması barədə ilk dəfə səhər saat 04:15 radələrində xəbər verilib. O əlavə edib ki, Norveç ordusu və hava limanlarının dövlət operatoru “Avinor” hadisə barədə məlumatlandırılıb. Dronun kim tərəfindən buraxıldığı hələ müəyyən edilməyib. Daha sonra digər dron müşahidələri barədə də məlumatlar daxil olub. “Biz bunun bir və ya bir neçə dron olmasından əmin deyilik. Lakin bilirik ki, ən azı bir dron olub”, - deyə Yuvik qeyd edib. Nəticədə eniş üçün 15 qapısı olan Bergen hava limanı səhər saat 06:30 radələrində bağlansa da, iki saatdan sonra yenidən açılıb. Xatırladaq ki, bu, Norveçsin ikinci ən böyük hava limanıdır və ildə 6 milyondan çox sərnişinə xidmət göstərir. Geri dön |