Ana Sayfa > Karusel / Dünya > Rus Pravoslav Kilsəsi Norveçdə casusluqda şübhəli bilinir: Hərbi bazaların yanında evlər alır

Rus Pravoslav Kilsəsi Norveçdə casusluqda şübhəli bilinir: Hərbi bazaların yanında evlər alır


19-10-2022, 17:11. Yazar: Admin
Rus Pravoslav Kilsəsi Norveçdə casusluqda şübhəli bilinir: Hərbi bazaların yanında evlər alır
“Rus Pravoslav Kilsəsi Norveçdə hərbi bazalara mənzərəsi olan evlər alır”.
Qarabaginfo.az oxu.az-a istinadla bildirir ki, bu barədə Norveçin “Dagbladet” qəzeti xəbərdarlıq edib. 
Nəşrin əldə etdiyi məlumata görə, Rus Pravoslav Kilsəsi bu yaxınlarda Norveçdə bir neçə daşınmaz əmlakı satın alıb.
 
Onlardan birinin pəncərəsindən ölkənin ən mühüm hərbi-dəniz bazası olan Haakonsvernin tam mənzərəsini görmək mümkündür.
 
O da məlum olub ki, Stavangerdə ​​yerli Rus Pravoslav Kilsəsinin keçmiş keşişinin Yottodakı NATO Birləşmiş Hərbi Mərkəzinin yanında daşınmaz əmlakı var.

Geri dön