Ana Sayfa > Karusel / Sosial > Şahdağ, Oğuz, Qəbələ, Şəkinin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA
Şahdağ, Oğuz, Qəbələ, Şəkinin yüksək dağlıq ərazilərinə qar yağıb - FAKTİKİ HAVA19-10-2022, 17:07. Yazar: Admin |
Oktyabrın 19-na olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub.
Bu barədə Qarabaginfo.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Düşən yağıntının miqdarı Qəbələdə 41.0 mm, Oğuzda 40.0 mm, Şəkidə 36.0 mm, Zaqatalada 23.0 mm, İsmayıllıda 21.0 mm, Qaxda 17.0 mm, Balakəndə 15.0 mm, Astarada 14.0 mm, Quba, Qusar, Mingəçevirdə 8.0 mm, Şahdağ, Yardımlı, Yevlax, Kürdəmir, Lerik, Şamaxı, Altıağac, Xaltan, Qrız, Şabran, Göygöl, Qobustan, Tərtər, Gəncə, Naxçıvan, Ağdərə. Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Beyləqan, Bərdə, Cəfərxan, Biləsuvar, Lənkəran, Göytəpədə 6.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 6.0 mm, Sumqayıtda 2.0 mm, Maştağa, Binədə 1.0 mm-dək olub. Şahdağ, Oğuz, Qəbələ, Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. Oktyabrın 18-i saat 14:00-da yağan leysan yağışlar nəticəsində Əyriçay Baş Daşağıl (Oğuz) məntəqəsidən sel keçib. Şimal-qərb küləyi Neftçalada 20 m/s, Şirvanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 18-20 m/s-dək güclənmiş, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 metrə çatıb. Oktyabrın 20-də ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçəcək. Geri dön |