Ana Sayfa > Karusel / Təhsil > Deputat: “Rektorlar köçürmə ilə bağlı akademik arayışların verilməsindən qaçırlar”

Deputat: “Rektorlar köçürmə ilə bağlı akademik arayışların verilməsindən qaçırlar”


19-10-2022, 16:44. Yazar: Admin

Deputat: “Rektorlar köçürmə ilə bağlı akademik arayışların verilməsindən qaçırlar”

“1998-ci ildən 2013-cü ilə qədər 32 min tələbə köçürülüb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Etibar Əliyev deyib.

Deputat bildirib ki, Dövlət İmtahan Mərkəzi 15 ixtisas seçmək hüququnu abituriyentə verir: “Əgər tələbə 550 bal toplayıb Tibb Universitetinə girməyibsə, o, Biologiya fakültəsinə gedir. Aydın olur ki, bal uyğunsuzluğu ucbatından həmin tələbə Tibb Universitetinə köçürülə bilmirdi. Çünki Təhsil Nazirliyi bal uyğunluq tələbini qoymuşdu. Digər tərəfdən, rektorlar köçürmə ilə bağlı akademik arayışlarının verilməsindən qaçırlar. Bu qanunun qəbul olunmasında hamımız maraqlıyıq. Çünki həm də bununla ali təhsil müəssisələrinin maliyyə müstəqilliyi bərpa da olunar”.

Komitə sədri Bəxtiyar Əliyev qeyd edib ki, 2019-cu ilə qədər ali məktəblərin nümunəvi nizamnaməsinin 3.9-cu bəndində bu məsələ var idi: “Hüquqi bazanın olmaması ilə bağlı kəskin fikir söyləmək lazım deyil”.


Geri dön