Ana Sayfa > Karusel > Siyəzəndəki qəzada yaralananların SON DURUMU
Siyəzəndəki qəzada yaralananların SON DURUMU19-10-2022, 11:35. Yazar: Admin |
Siyəzəndə baş verən yol qəzası nəticəsində xəsarət alan 10 nəfər (hər biri qadın olmaqla) saat 08:40 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım bölməsinə yerləşdirilib.
Bu barədə Qarabaginfo.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Rəsmi məlumata görə, hadisə ilə əlaqədar Siyəzən Müalicə Diaqnostika Mərkəzinin Təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib:
"Onların hər biri zəruri müayinələrdən keçirilib. Pasiyentlərdən 8-nin vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün evə buraxılıb. Digər xəstələrin müalicəsinə tibb müəssisəsinin Cərrahiyyə şöbəsində davam edilir". Geri dön |