Bakıda ağır yol qəzası baş verib.
Qarabaginfo.az xəbər verir ki, oktyabrın 18-də saat 22 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Goranboy rayon sakini R.Vəliyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub.
Nəticədə sərnişinlərindən oğlu İmamqulu hadisə yerində ölüb, gəlini isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.