Ana Sayfa > Karusel / Manşet > Kuleba Zelenskiyə İranla diplomatik münasibətləri kəsməyi təklif edib

Kuleba Zelenskiyə İranla diplomatik münasibətləri kəsməyi təklif edib


18-10-2022, 18:24. Yazar: Admin

Dmitri Kuleba

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Ukrayna Prezidenti Vladimir Zelenskiyə İranla diplomatik münasibətləri kəsməyi təklif edib.

Qarabaginfo.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə XİN başçısı Kuleba onlayn brifinq zamanı bildirib.

“İranın hərəkətləri alçaqlıqdır və biz bu yalanlara dözməyəcəyik. İran bütün bu hərəkətləri bizə müharibəyə qarşı olduğunu və heç bir tərəfə silahla dəstək verməyəcəyini bildirərkən etdi”, - XİN rəhbəri bildirib.

Nazir qeyd edib ki, Ukrayna ilə münasibətlərin pozulmasına görə Tehran tam məsuliyyət daşıyır: “İranın pilotsuz təyyarələrinin Ukraynanın mülki infrastrukturuna vurduğu zərbələr, xalqımızın başına gətirilən ölüm və iztirabları nəzərə alaraq, eyni zamanda, İranın Rusiyaya silah tədarükünü davam etdirə biləcəyi ilə bağlı xəbərlərin yayılması ilə əlaqədar mən Ukraynanın İranla diplomatik əlaqələrini kəsməsi ilə bağlı Prezidentə təklif təqdim edirəm.

Biz heç vaxt İrana qarşı əks mövqe tutmamışıq. Amma İran işğalçılıq cinayətində və Rusiyanın ərazimizdə törətdiyi cinayətlərdə şərik olduqdan sonra bu gün biz çox aydın və dürüst mövqe nümayiş etdirəcəyik. Əgər İran Rusiyaya silah tədarükünü dayandırsa, münasibətlərin bütün spektrini bərpa etməkdən danışa bilərik”.


Geri dön