Ana Sayfa > Karusel / Təhsil > Qaydaları pozan şagirdlər belə cəzalandırılacaq

Qaydaları pozan şagirdlər belə cəzalandırılacaq


18-10-2022, 17:41. Yazar: Admin
Qaydaları pozan şagirdlər belə cəzalandırılacaq

Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər müəyyənləşib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib.

 

Onun sözlərinə görə, inzibati tədbirlər şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla tətbiq ediləcək.

 

Davranış səviyyələrinə görə, tətbiq olunacaq inzibati tədbirlər aşağıdakılardır:

 

- müəllim baxışı, qeyri-verbal münasibət

- şagirdlərlə sakit söhbət

- xəbərdarlıq

- uzaqlaşdırma

- valideyn ilə əlaqə saxlamaq

- dərsdən sonra şagirdin məktəbdə saxlanması

- psixoloqa yönləndirmə

- sarı xəbərdarlıq məktubu

- narıncı xəbərdarlıq

- qırmızı xəbərdarlıq


Geri dön