Ana Sayfa > Karusel / Siyasət > Vilayət Eyvazov: “Son illərdə 21 mindən artıq cinayətkar qrup zərərsizləşdirilib, axtarışda olan 55 mindən artıq şəxs saxlanılıb”
Vilayət Eyvazov: “Son illərdə 21 mindən artıq cinayətkar qrup zərərsizləşdirilib, axtarışda olan 55 mindən artıq şəxs saxlanılıb”2-07-2020, 10:25. Yazar: Admin |
“Davos Forumunun son hesabatına əsasən, Azərbaycan mütəşəkkil cinayətkarlığa qarşı mübarizə indikatoru üzrə 141 ölkə arasında 18-ci, polis orqanlarına əhalinin etibarı göstəricisinə görə 30-cu yerə yüksəlib”. Qarqabaginfo.az-ın məlumatına görə, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov deyib. O bildirib ki, Azərbaycan cinayətkarlığa qarşı mübarizədə, asayişin və əmin-amanlığın qorunması sahəsində öncül dövlətlər sırasında yer alır: “Respublikamız bu gün dünyanın təhlükəsiz ölkələrindən biri, sabitlik adası kimi tanınır. Vətəndaşlarımızın dinc həyatı etibarlı qorunur, özlərini güvənli hiss edirlər. Hesab edirəm ki, bu fakt son 17 ildə Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində əldə olunan ən mühüm uğurlardandır. Son dövrlərin statistikası da bunu sübut edir”. Nazir qeyd edib ki, 2003-2017-ci illərdə 21 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 16 minə yaxın odlu silah yığılıb və onun tətbiqilə törədilən cinayətlərin sayı 1,3 dəfə azalıb: “Cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 55 mindən artıq təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 11 tona yaxın narkotik vasitə çıxarılıb. Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər Avropa dövlətləri ilə müqayisədə xeyli azdır”. Vilayət Eyvazov deyib ki, respublikanin hüquq mühafizə və xüsusi xidmət orqanlarının səylərinin vahid məqsəd üzərində cəmləşməsi sayəsində, cinayətkarlığa qarşı mübarizədə əhəmiyyətli nəticələr əldə edilir, bütün kütləvi tədbirlərdə asayiş və təhlükəsizlik yüksək səviyyədə qorunur. APA Geri dön |