Ana Sayfa > Karusel / Region > Ermənistan prezidenti öz xalqını...

Ermənistan prezidenti öz xalqını...


18-10-2022, 11:31. Yazar: Admin

Ermənistan prezidenti öz xalqını...

Ermənistan prezidenti Vaan Xaçaturyan bir neçə gün əvvəl bəyan edib ki, Qarabağ məsələsi ilə bağlı qərarlar Ermənistan tərəfinin istəklərini təmin etməyəcək, çünki geosiyasi və regional vəziyyət dəyişib.

"Həqiqətən, çətin dövrlərdir. İndi hər şey həlledici mərhələyə qədəm qoyub. Bu, Ermənistan Respublikasının mövcudluğuna və Qarabağ məsələsinin həllinə aiddir. Bizdən düzgün qərarlar qəbul etməyimiz üçün realizm tələb olunur", - V.Xaçaturyan bildirib.

Siyasi analitik, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bazar ertəsi Trend-ə bildirib ki, bu bəyanat Ermənistan cəmiyyətinin yeni reallıqları dərk edə bilməsi və onlara ölkədə ictimai-siyasi vəziyyəti sarsıtmadan reaksiya verə bilməsi üçün müəyyən mesaj daşıyır.

“Hesab edirəm ki, bu bəyanat bu ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsinin mətnində Qarabağdakı erməni separatçıların statusundan bəhs edilməyəcəyi ilə bağlı ictimai rəyi hazırlamaq məqsədi daşıyır.

İrəvanın Azərbaycanın ərazi bütövlüyünü heç bir istisna olmadan tanıması ilə bağlı əsas müddəalar təsdiqlənəcək. Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində yaşayan erməni əhalisinin təhlükəsizliyi ilə bağlı məsələni Azərbaycan tərəfi həll edəcək", - İ.Korotçenko deyib

Onun fikrincə, Ermənistan prezidentinin bəyanatı bir növ onu bildirir ki, ATƏT-in Minsk Qrupu ilə ümidlərə, müəyyən statusla bağlı suallara son verməli olacaqlar. Bu, Ermənistan rəhbərliyi tərəfindən mövcud reallıqların konstatasiyasıdır", - deyə o bildirib.

Trend.az

 


Geri dön