Ana Sayfa > Karusel / Manşet > Laporta “Real”la oyundan sonra etdiyi hərəkətə görə cərimələnəcək
Laporta “Real”la oyundan sonra etdiyi hərəkətə görə cərimələnəcək17-10-2022, 22:20. Yazar: Admin |
“Barselona”nın prezidenti Joan Laporta Madrid “Real”ı ilə oyundan sonra etdiyi hərəkətə görə cərimələnəcək. Belə ki, La Liqanın 9-cu turunun oyunundan sonra o, hakimlər otağına daxil olub. Laporta Robert Levandovskinin matçın 75-ci dəqiqəsində Dani Karvaxalla təmasda olduqdan sonra yıxılmasına görə, həmçinin oyunun sonlarında Rodriqoya qarşı Erik Qarsianın kobudluğuna görə penaltinin təyini edilməməsinin izahını istəyib. Çox güman ki, Laportaya 602 avro məbləğində cərimə kəsiləcək. Qeyd edək ki, “Real” – “Barselona” matçını Xose Mariya Sançes Martinezin rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Geri dön |