Ana Sayfa > Karusel / Manşet > Borrell: Aİ çox qısa vaxtda monitorinq missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərəcək
Borrell: Aİ çox qısa vaxtda monitorinq missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərəcək17-10-2022, 18:54. Yazar: Admin |
Avropa İttifaqı (Aİ) çox qısa zamanda monitorinq missiyasını Ermənistan-Azərbaycan sərhədinə göndərəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell mətbuat brifinqində deyib. O bildirib ki, bu gün keçirilən iclasda Aİ-nin XİN başçıları Ermənistan-Azərbaycan sərhədinə missiyanın göndərilməsinə “yaşıl işıq yandırdılar”. “Növbəti həftələrdə monitorinq missiyası göndəriləcək. Çox tez bir zamanda. Mən fəxr edirəm ki, biz qısa zamanda bu məsələ ilə bağlı necə işlədik. Bizim Azərbaycan və Ermənistan arasında normallaşma istiqamətində işlərdə iştirakımız bir daha sübut edir ki, biz Cənubi Qafqazda sülhü və sabitliyi dəstəkləyirik”, - Borrell bəyan edib. Geri dön |