Ana Sayfa > Karusel / Region > "Kremldə Putini həbs edə və ya Jirinovskinin yanına göndərə biləcək adamlar var, ancaq..."

"Kremldə Putini həbs edə və ya Jirinovskinin yanına göndərə biləcək adamlar var, ancaq..."


17-10-2022, 15:28. Yazar: Admin
"Putin nüvə şantajına ona görə əl atır ki, başqa dəlilləri qalmayıb..."
"1990-cı ildən nüvə sınaqları keçirməyən Putin nüvə silahından necə istifadə edə bilər ki?.."
 
"ABŞ Rusiyanın gerçək niyyətindən xəbərdar olacaq və preventiv zərbə endirəcək..."
 
Putin hər vasitə ilə göstərmək istəyir ki, o, hələ ağlını tam itirməyib və onunla danışığa getmək olar. Əsirlərin dəyişdirilməsi bunu sübut etməli olub.
 
Qarabaginfo.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində rusiyalı politoloq Stanislav Belkovski bəyan edib.
 
"O, hər vasitə ilə sübut etməyə cəhd göstərir ki, ağlını hələ büsbütün itirməyib və onunla danışığa getmək olar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın vasitəçiliyi ilə əsirlərin mübadiləsi bunu göstərməli olub", - Belkovski deyib.
 
Onun sözlərinə görə, Putin "imic nöqyeyi-nəzərdən özü üçün əlverişsiz razılaşmalara nail olub onlara ciddi əməl edə bilər, ona görə də onun Ərdoğan vasitəsilə Qərbə təklif etdiyi paket tamamilə aydındır".
 
"Bu, faktiki və, əlbəttə ki, qeyri-formal olaraq Ukrayna ərazisinin 20 faizinin ilhaqının etiraf edilməsidir. Bu, energetika sahəsində əməkdaşlığın bərpa edilməsidir, bu isə "Qazprom" üzərindən texnoloji sanksiyaların ləğv edilməsini tələb edir. Bu, Putin üçün həlledici, ağrılı məsələdir. Üçüncüsü, aktivlər mübadiləsidir. Qərb Rusiyanın 320 milyard dollarlıq aktivlərini blokadadan  çıxarır, Rusiya isə öz ərazisində formal olmasa da, faktiki olaraq həbsdə olan bütün xarici mülkiyyəti blokdan çıxarır", - Belkovski deyib.
 
O, hesab edir ki, Putin nüvə şantajına ona görə əl atır ki, başqa dəlilləri qalmayıb. Artıq bunun psixoloji təsiri yoxdur, hamı bu təhdidlərə alışıb, Belkovski vurğulayıb.
 
O, qeyd edib ki, Sovet İttifaqı dağılandan sonra Rusiya nüvə silahını sınaqdan keçirməyib, bununla bağlı Putinə müraciət edib.
 
"Yaxşı, nüvə bombanı partlat. Haradadır sənin bomban? 1990-cı ildən sınaqdan keçirməmisən. Sınaqdan keçirmədən bunu edəcəksən? Bəlkə, Putinin dediyi kimi,  "külək gülü" istiqamətinini dəyişib", - ekspert qeyd edib.
 
Bu zaman o, hesab edir ki, psixoloji nöqteyi-nəzərdən Putin taktiki nüvə silahından istifadə etməyə hazırdır.
 
Putin nüvə silahından keçmişdə istifadə edilməsinə bel bağlayır, düşünür ki, bu, onun şərtlərinin Ukrayna tərəfindən qəbul edilməsinə gətirib çıxaracaq.
 
"O,1945-ildə Yaponiya presedentinə əsaslanır. O zaman ABŞ-ın Xirosima və Naqasakiyə nüvə zərbələri SSRİ-ni qorxutmaq üçün deyil, qurbanların sayının az olması istəyi ilə bağlı olub. Xirosima və Naqasaki qurbanlarının sayı 200 min nəfərdir, adi silahlardan istifadə edilsəydi, ən azı 1, 2 milyon insanın tələf olması ilə nəticələnə bilərdi, onların 400 min nəfəri amerikalılar təşkil edəcəkdi", - ekspert izah edib.
 
Bu zaman Belkovski deyib ki, Putinin gerçəkdən nüvə silahından istifadə etməyə hazır olması barədə ABŞ məlumatlı olacaq və Rusiya ərazisinə preventiv qeyri-nüvə zərbəsi endirəcək.
 
O, istisna etmir ki, ABŞ zərbəni Rusiyanın özünün deyil, Ukraynanın işğal edilən ərazilərinə endirə bilər, məsələn, Qara dəniz donanmasına, bu zaman beynəlxalq hüquqa görə, o, Rusiyanın ərazisi hesab edilmir və Rusiya iddia qaldırmamalıdır.
 
Qordonun Kremldə Putinin kabinetinə daxil olub onu həbs edə biləcək və ya "Jirinovskinin yanına göndərə biləcək" adamların olub-olmaması barədə sualına ekspert belə cavab verib:
 
"Aydındır ki, belə adamlar var. Sadəcə, bunun baş verməsindən öncə bizim heç vaxt onlar haqda məlumatımız olmayacaq. 
 
O, həmçinin bəyan edib ki, "Moskva Kremli" dövlət qoruq-muzeyinin saytında "nədəndə" XVII əsrin İsveç tütün qabısı "peyda olub". Politoloqun fikrincə, bu, "hansısa çox güclü eyhamdır".
 
Belkovski güman edir ki, ola bilsin, bir azdan muzeyin saytında "İntibah dövrünün şarfı" da peyda olsun.(Moderator.az)

Geri dön