Ana Sayfa > Karusel / Region > Rus poliqonunda atışma: 29 əsgərin güllələnməsinin pərdəarxası

Rus poliqonunda atışma: 29 əsgərin güllələnməsinin pərdəarxası


17-10-2022, 15:02. Yazar: Admin

Rus poliqonunda atışma: 29 əsgərin güllələnməsinin pərdəarxası

“Mən bunu məlum hadisə ilə əlaqələndirməyi düzgün hesab etməzdim”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müşaviri Azər Qasımov deyib.

O, Belqorod vilayətinin Soloti kəndi ərazisindəki poliqonda 2 tacik hərbçinin 29 nəfəri qətlə yetirməsi və bundan öncə Tacikistan prezidenti Emoməli Rəhmonun MDB Dövlət Başçıları Şurasında Rusiya əleyhinə kəskin çıxışı arasında əlaqəni əsasız sayır:

“Tacikistanın dövlət başçısının zirvədəki çıxışı, əslində, hamı tərəfindən təəccüb və maraqla qaşrılandı. Bunu heç kim gözləmirdi, lakin bunu sensasiya kimi qəbul etmək olmaz. Çünki Emoməli Rəhmon orada, bir növ, şikayətləndi və Rusiyanın aşağılama keyfiyyətinin davamlı olduğunu bildirdi.

Mən hərbi poliqondakı hadisəni əlaqələndirməni düzgün hesab etmirəm. İnanmıram ki, həmin çıxışla bu hadisə arasında hansısa bir əlaqə olsun. Çünki poliqona gedən taciklər məcbur aparılmış şəxslərdir, yaxud ola bilsin ki, Rusiya vətəndaşlarıdır və zorla səfərbərliyə cəlb ediliblər. 

Rus əsgərlərinin halı da məlumdur, hamısı içkiyə meyllidir. Ola bilsin ki, mübahisə düşüb və bu zəmində atışma baş verib.

Belə hadisələr hərbçilərin toplanma yerində baş verməsəydi belə, Ukrayna cəbhəsində həmin əsgərlər ya bilərəkdən əsir düşəcəkdi. Bu hal getdikcə artacaq. Çünki Rusiyanın siyasəti elə bir hal alıb ki, artıq ondan təkcə ətraf ölkələr yox, daxilində yaşayan xalqlar, rusların özü də bezmək üzrədir. Yaxın dövrlərdə bu, partlayışla nəticələnə bilər”.

Hadisənin dini motivlər əsasında törədilməsi iddiasına münasibət bildirən A. Qasımov deyib:

“İnanmıram, taciklərdə dini radikal düşüncə olsun. Əslində, Rusiyanın bu hadisəni qabartmasını başa düşmək çətindir. Bəlkə də bu çaxnaşma yaratmaq istəyən qüvvələrin hansısa planının tərkib hissəsidir”.


Geri dön