Ana Sayfa > Karusel / Qarabağ > “Ermənistan Daşkəsən istiqamətində artilleriya qurğuları cəmləşdirir“ - MN

“Ermənistan Daşkəsən istiqamətində artilleriya qurğuları cəmləşdirir“ - MN


17-10-2022, 13:44. Yazar: Admin

Bakupost.az - “Düşmənin BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edilib” Müdafiə Nazirliyi

Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib. 

Bu barədə Qarabaginfo.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bölgədə yarana biləcək gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


Geri dön