Ana Sayfa > Karusel / Manşet > Misir səfirliyi öz vətəndaşlarını "mümkün qədər tez" Ukraynanı tərk etməyə çağırıb
Misir səfirliyi öz vətəndaşlarını "mümkün qədər tez" Ukraynanı tərk etməyə çağırıb16-10-2022, 12:58. Yazar: Admin |
Misir səfirliyi bütün ölkə vətəndaşlarını “mümkün qədər tez” Ukraynanı tərk etməyə çağırıb. Niyə müharibənin səkkizinci ayında belə “vacib məsləhət” verildiyi mesajda göstərilməyib. Qarabaginfo.az-ın "Egypt Today"ə istinadən məlumatına görə, misirlilərdən qonşu ölkələrə əlçatan quru yollarla Ukraynanı tərk etmələri istənilib. Ölkəni tərk etməyə qərar verən hər kəs səfirliklə əlaqə saxlamalı və məlumatlarını yeniləməlidir.
Geri dön |