Ana Sayfa > Karusel / Manşet > Vahid jurnalist vəsiqəsi üçün 20 manat tələb olunmasının səbəbi açıqlanıb
Vahid jurnalist vəsiqəsi üçün 20 manat tələb olunmasının səbəbi açıqlanıb14-10-2022, 18:22. Yazar: Admin |
“Media Reyestrində 20 manata qeydiyyat anlayışı yoxdur”. Qarabaginfo.az xəbər verir ki, bunu Media Reyestri Xidmətinin rəhbəri Cahangir Həsənli canlı yayımda deyib. O bildirib ki, 20 manat jurnalist vəsiqəsinin hazırlanmasına tələb olunan məbləğdir. Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova isə qeyd edib ki, bu, jurnalistlərə təqdim edilən bir xidmətdir: “Qeyd edilən məbləğ də jurnalist vəsiqəsinin yüksək standartlara cavab verən formada hazırlanması üçündür”. Geri dön |