Ana Sayfa > Karusel / Manşet > Aİ ölkələri Ermənistan-Azərbaycan sərhədinə missiyanın göndərilməsini müzakirə edəcək
Aİ ölkələri Ermənistan-Azərbaycan sərhədinə missiyanın göndərilməsini müzakirə edəcək14-10-2022, 18:19. Yazar: Admin |
Avropa İttifaqına (Aİ) üzv dövlətlərin Ermənistan-Azərbaycan sərhədinə təşkilatın mülki missiyasının göndərilməsi üzrə müzakirəsinin vaxtı açıqlanıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti Ofisinin mətbuat xidməti məlumat yayıb.
“Aİ-yə üzv dövlətlər oktyabrın 17-də Xarici Əlaqələr Şurasında Ali Nümayəndə Cozep Borrellin monitorinq missiyasının yerləşdirilməsi təklifini müzakirə edəcəklər. Bu missiyanın əsas məqsədləri sabitliyə və etimadın yaradılmasına, eləcə də ikitərəfli sərhəd boyunca təhlükəsizliyi yaxşılaşdırmaq üçün komissiyaların işinə dəstək olacaq”, - məlumatda qeyd olunub. Geri dön |