Ana Sayfa > Karusel / Kriminal > Kürdəmirdə müğənnini DÖYDÜLƏR

Kürdəmirdə müğənnini DÖYDÜLƏR


14-10-2022, 11:26. Yazar: Admin
Kürdəmirdə müğənnini DÖYDÜLƏR

Kürdəmir Rayon Polis Şöbəsinə oktyabrın 12-də saat 22 radələrində Ərəbqubalı kəndində keçirilən toy məclisində 2 nəfərin xuliqanlıq zəminində müğənnini və onun sürücüsünü döymələri barədə məlumat daxil olub. 

 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

 

Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri Elşən Şirinov və Qaçay Şirinov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.


Geri dön