FHN-in "112" qaynar xəttinə" Nərimanov rayonunda "Elit" Ticarət Mərkəzinin yaxınlığında ikimərtəbəli ticarət obyektinin ikinci mərtəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Qarabaginfo.az-a verilən xəbərə görə, məlumat daxil olduqdan dərhal sonra FHN Yanğından mühafizə qüvvələri yanğınsöndürmə əməliyatlarına cəlb olunub.
Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.
Əlavə məlumat veriləcək.
https://cdn.apa.az/storage/apa.az/video-cdn/e3c6144a4a56967417a16124dbbc4449.mp4