Ana Sayfa > Karusel / Manşet > Tacikistan və Qırğızıstan sərhədlərin delimitasiyası üzrə işləri gücləndirmək barədə razılığa gəliblər
Tacikistan və Qırğızıstan sərhədlərin delimitasiyası üzrə işləri gücləndirmək barədə razılığa gəliblər14-10-2022, 00:49. Yazar: Admin |
Tacikistan və Qırğızıstan sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumət qruplarının işini aktivləşdirməyə və yaranan bütün problemləri yalnız diplomatiya yolu ilə həll etməyə razılaşıblar. Qarabaginfo.az xəbər verir ki, bu barədə Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısı çərçivəsində Tacikistan Prezidenti Emoməli Rəhmonun Qırğızıstan prezidenti Sadır Japarov və Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.
“Müəyyən edilmiş məsələlərin birmənalı olaraq siyasi-diplomatik vasitələrlə həlli, o cümlədən dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə hökumət qruplarının və ekspertlərdən ibarət işçi qrupların əvvəllər əldə edilmiş razılaşmalara ciddi şəkildə uyğun olaraq fəaliyyətinin aktivləşdirilməsinə dair razılıq əldə olunub”, - deyə məlumatda bildirilib. Liderlərin görüşünün bir hissəsi bağlı qapılar arxasında baş tutub. Bundan əvvəl Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov məlumat vermişdi ki, prezidentlər Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyəti müzakirə etməyi planlaşdırırlar. Onun sözlərinə görə, Moskva orada vaxtaşırı baş verən vəziyyətin kəskinləşməsini narahatlıqla qəbul edir. Geri dön |