Ana Sayfa > Karusel / Manşet > İraqın yeni prezidenti seçilib

İraqın yeni prezidenti seçilib


13-10-2022, 19:53. Yazar: Admin

İraqın yeni prezidenti seçilib

İraqda müstəqil namizəd Əbdüllətif Məhəmməd Camal Rəşid prezident seçilib.

Qarabaginfo.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, İraq parlamentində keçirilən sessiyanın ikinci turunda Əbdüllətif Məhəmməd Camal Rəşid 162 səslə ölkənin yeni prezidenti olub.

 

329 yerlik parlamentin ikinci tur iclasında 269 deputat iştirak edib və səs verib. Etibarlı səslərin 162-ni qazanan Rəşid and içərək vəzifəsinin icrasına başlayıb.


Geri dön