Ana Sayfa > Karusel / Gündəm > Ermənistan qadınları hərbi təlimlərə ÇAĞIRACAQ

Ermənistan qadınları hərbi təlimlərə ÇAĞIRACAQ


13-10-2022, 14:28. Yazar: Admin
Ermənistan qadınları hərbi təlimlərə ÇAĞIRACAQ

Qadınlar tez-tez Ermənistan Müdafiə Nazirliyinə məktublar yazır, hərbi hazırlıq məsələsini qaldırırlar.

Qarabaginfo.az xəbər verir ki, bu barədə oktyabrın 13-də hökumətin iclasında Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.


“Bizim artıq hazırlanmış proqramımız var, yaxın vaxtlarda Müdafiə Nazirliyi bəyanat verəcək ki, Ermənistan vətəndaşı olan qadınlar  müvafiq poliqonlarda qeydiyyatdan keçib hərbi silahlarla atəş təlimi keçə bilərlər. Bu, təbii ki, istəyə bağlıdır”, - Papikyan bildirib.
 

Öz növbəsində Ermənistanın baş naziri Nikol Paşinyan bildirib: “Əgər söhbət bir aylıq məcburi hazırlıqdan gedirsə, o zaman bunu qadınlar üçün məsələn, 15 və ya 7 gün edə bilərik. Bildirək ki, bütün vətəndaşlardan danışırıqsa, bu dairəyə qadınlar da daxildir. Silahla tanış olmağın heç kimə zərər verdiyini düşünmürəm. Bu da elmdir, heç kimə zərəri olmaz”.


Geri dön