Ana Sayfa > Karusel / Dünya > 400-dən çox azərbaycanlı Rusiya xəstəxanalarında koronavirusdan müalicə olunur

400-dən çox azərbaycanlı Rusiya xəstəxanalarında koronavirusdan müalicə olunur


30-06-2020, 15:39. Yazar: Admin

 

 

Rusiyanın 15 regionunda 412 azərbaycanlı xəstəxanalarda yeni növ koronavirus infeksiyasından müalicə alır, onlardan 74-ü hazırda reanimasiyadadır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Report.az”-ın Rusiya bürosuna Rusiya Səhiyyə Nazirliyindəki mənbə məlumat verib.

Bildirilib ki, həmvətənlərimiz arasında ən çox yoluxanlar Murmansk və Moskvadadır.

Rusiya Federasiyasının 15 regionunda COVID-19 xəstəsi olan azərbaycanlıların statistikası belədir:

Samara - 9 nəfər (2 nəfər reanimasiyada)

Novosibirsk - 36 nəfər

Xantı-Mansi Muxtar Dairəsi, Nefteyuqansk şəhəri - 40 nəfər (6 nəfər)

Stavropol diyarı - 11 nəfər

Mari El Respublikası - 8 nəfər (1 nəfər)

Ulyanovsk - 4 nəfər

Kirov - 13 nəfər (2 nəfər)

Sankt-Peterburq - 41 nəfər (15 nəfər)

Murmansk - 105 nəfər (23 nəfər)

Moskva - 74 nəfər (13 nəfər)

Nijni Novqorod - 36 nəfər (8 nəfər)

Tver vilayəti - 9 nəfər

Kostroma vilayəti - 12 nəfər

Saxalin vilayəti - 7 nəfər (1 nəfər)

Dağıstan Respublikası - 7 nəfər (nəfər).


Geri dön