Ana Sayfa > Karusel / Gündəm / İdman > “Keşlə Peşəkar Futbol Klubu”nun zərəri 52% artıb

“Keşlə Peşəkar Futbol Klubu”nun zərəri 52% artıb


30-06-2020, 15:31. Yazar: Admin

 

 

“Keşlə Peşəkar Futbol Klubu” MMC 2019-cu ili 429 min manat zərərlə başa vurub.

 Klubun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 52,1% çoxdur.

Ötən il “Keşlə Peşəkar Futbol Klubu”nun əməliyyat gəlirləri 4,8 milyon manat (əvvəlki ilə nisbətən 76,5% çox), əməliyyat xərcləri isə 5,2 milyon manat (74,2% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Keşlə Peşəkar Futbol Klubu”nun aktivləri 17 min manat olub ki, bu da illik müqayisədə 9% azdır. Hesabat dövründə Klubun öhdəlikləri 2,4 dəfə artaraq 728 min manata, balans kapitalının çatışmazlığı (müflislik göstəricisi) isə 2,5 dəfə artaraq 711 min manata çatıb.

Xatırladaq ki, “Keşlə Peşəkar Futbol Klubu” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. 


Geri dön