Ana Sayfa > Karusel / Manşet > Türkiyənin müdafiə naziri Ukrayna Müdafiə Təmas Qrupunun iclasında iştirak edib
Türkiyənin müdafiə naziri Ukrayna Müdafiə Təmas Qrupunun iclasında iştirak edib12-10-2022, 22:13. Yazar: Admin |
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Brüsseldə NATO Müdafiə Nazirlərinin “Ukrayna Müdafiə Təmas Qrupunun iclası”nda iştirak edib. Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Görüşdə nazir Akar Türkiyənin Ukraynaya verdiyi dəstəklə atəşkəsin təmin edilməsi və gərginliyin azaldılması istiqamətində göstərdiyi səyləri xatırladaraq diplomatiyanın əhəmiyyətini vurğuladı. O, taxıl sazişi və əsir mübadiləsinin Türkiyənin diplomatik səylərinin nəticəsi olduğunu da diqqətə çatdırıb. ABŞ-ın müdafiə naziri Lloyd Ostin isə öz növbəsində Türkiyənin verdiyi töhfələrə görə nazir Akara təşəkkür edib. Geri dön |