Ana Sayfa > Karusel / Siyasət > ABŞ diplomatı Azərbaycan XİN-ə ÇAĞIRILDI

ABŞ diplomatı Azərbaycan XİN-ə ÇAĞIRILDI


12-10-2022, 12:00. Yazar: Admin
ABŞ diplomatı Azərbaycan XİN-ə ÇAĞIRILDI

ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili 12 oktyabr tarixində Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə XİN-in Mətbuat xidməti idarəsinin Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobilinin atəşə tutulması ilə bağlı yaydığı məlumatda bildirilib.

 

"Məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb, baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb", - məlumatda qeyd olunub.


Geri dön