Ana Sayfa > Karusel / Region > Ermənistan ordusunda döyüşən 3 bacı - Onlardan 1-i məhv edilib - FOTO
Ermənistan ordusunda döyüşən 3 bacı - Onlardan 1-i məhv edilib - FOTO12-10-2022, 08:13. Yazar: Admin |
Xəbər verildiyi kimi, sentyabrın 13-də Ermənistan-Azərbaycan sərhəddində baş verən döyüşlərdə 6 erməni qadın hərbçi məhv edilib. İrina Qasparyan 2018-ci ildə orduda müqaviləli xidmətə keçib. Çavuş rütbəsi daşıyan erməni qadın 2020-ci ildəki 44 günlük müharibə zamanı da Azərbaycan Ordusuna qarşı döyüşlərdə iştirak edib. İrina Qasparyanın qumbaranın partlaması nəticəsində öldüyü bildirilir. Onun meyiti əvvəlcə Azərbaycan əsgərlərinin nəzarət etdiyi zonada qalıb. Sentyabrın 23-də Azərbaycan tərəfi İrinanın və daha 5 erməni hərbçinin meyitini Ermənistana təhvil verilib. Məhkəmə-tibbi ekspertizasının rəyində bildirilib ki, cəsəddə işgəncə izləri olmayıb. Geri dön |