Ana Sayfa > Karusel / Manşet > AŞPA məruzəçisi Azərbaycan-Ermənistan sərhədində Aİ missiyasının yaradılmasını alqışlayıb

AŞPA məruzəçisi Azərbaycan-Ermənistan sərhədində Aİ missiyasının yaradılmasını alqışlayıb


10-10-2022, 18:57. Yazar: Admin

AŞPA məruzəçisi Azərbaycan-Ermənistan sərhədində Aİ missiyasının yaradılmasını alqışlayıb

AŞPA məruzəçisi Pol Qavan Ermənistan və Azərbaycan sərhədində Avropa İttifaqı (Aİ) missiyasının yaradılmasını alqışlayıb.

Qarabaginfo.az xəbər verir ki, o, bu barədə AŞPA-nın payız sessiyasında Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlarla bağlı məsələnin müzakirəsi zamanı çıxışında bildirib. Pol Qavan bu missiyanın iki ölkə arasında dialoq və etimadın qurulmasında mühüm rol oynayacağına ümid etdiyini deyib.

 

Pol Qavan qeyd edib ki, Aİ-nin mülki missiyası oktyabrda Azərbaycan-Ermənistan sərhədində fəaliyyətə başlayacaq və iki ay davam edəcək.

"İki ay qısa bir müddət olsa da, ən önəmli şeylərdən biri odur ki, bu missiya hər iki ölkənin rəhbərləri, Fransa Prezidentinin və Avropa Şurası rəhbərinin birgə cəhdlərinin nəticəsidir. Bu missiyanın iki ölkə arasında dialoq qurulmasına kömək edəcəyinə ümid edirəm”, -deyə o, bildirib.


Geri dön