Ana Sayfa > Karusel / Manşet > Əli Əsədov Moldovanın Baş naziri ilə görüşüb
Əli Əsədov Moldovanın Baş naziri ilə görüşüb10-10-2022, 18:41. Yazar: Admin |
Baş nazir Əli Əsədov oktyabrın 10-da ölkəmizdə səfərdə olan Moldova Respublikasının Baş naziri Natalya Qavrilitsa ilə görüşüb. Nazirlər Kabinetindən verilən xəbərə görə, görüşdə Azərbaycan-Moldova münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edilib. Bakıda keçirilən Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasının önəmi vurğulanıb. Azərbaycan ilə Moldova arasında ticari-iqtisadi münasibətlərin genişləndirilməsi, qarşılıqlı investisiya imkanları və biznes əlaqələrinin təşviqi, həmçinin müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Geri dön |