Ana Sayfa > Karusel / Siyasət > Putin Ukraynanı sərt cavab tədbirlərilə HƏDƏLƏDİ

Putin Ukraynanı sərt cavab tədbirlərilə HƏDƏLƏDİ


10-10-2022, 14:52. Yazar: Admin
Putin Ukraynanı sərt cavab tədbirlərilə HƏDƏLƏDİ

Ukrayna hakimiyyəti terror aktlarına davam edərsə, Rusiya daha sərt cavab verəcək.

Qarabaginfo.az xəbər verir ki, bunu Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib.
 

Dövlət başçısı Krım körpüsündə baş verən partlayışın arxasında Kiyev hakimiyyətinin olduğunu vurğulayıb.

"Məhkəmə-tibbi və digər ekspertizaların məlumatları, eləcə də əməliyyat məlumatları oktyabrın 8-də baş verən partlayışın terror aktı olduğunu göstərir. Bu, Rusiyanın mülki əhəmiyyətli infrastrukturunu məhv etmək məqsədi daşıyan terror hücumudur. Həmçinin aydındır ki, terror aktının sifarişçiləri, təşkilatçıları və icraçıları Ukrayna xüsusi xidmət orqanlarıdır”, - Putin bildirib.

 

Bundan əlavə, Rusiya lideri Ukraynanı nüvə terroru aktlarında - Zaporojye AES-i atəşə tutmaqda və Kursk AES-də təxribat törətmək cəhdlərində ittiham edib.

Rusiya lideri Ukrayna hakimiyyətinin “Türk axını” qaz nəqli sisteminin bölmələrindən birini partlatmaq cəhdlərindən də danışıb.

"Kiyev rejimi öz hərəkətləri ilə əslində özünü beynəlxalq terrorçu təşkilatlarla, ən iyrənc qruplarla bir sıraya qoyub. Bu cür cinayətləri cavabsız qoymaq sadəcə olaraq mümkün deyil", - Putin vurğulayıb.

Prezident bildirib ki, Rusiya qoşunları Ukraynada enerji, hərbi komandanlıq və rabitə obyektlərinə böyük zərbə vurub.

"Əgər ərazimizdə terror aktları törətmək cəhdləri davam edərsə, Rusiyanın cavabları sərt olacaq və miqyasına görə Rusiya Federasiyasının təhdid səviyyəsinə uyğun olacaq. Buna heç kimin şübhəsi olmasın", - deyə dövlət başçısı fikirlərini yekunlaşdırıb.


Geri dön