Ana Sayfa > Karusel / Manşet > Fransa Prezidenti tezliklə Türkiyəyə səfər edə bilər
Fransa Prezidenti tezliklə Türkiyəyə səfər edə bilər9-10-2022, 23:49. Yazar: Admin |
Fransa prezidenti Emmanuel Makron yaxın vaxtlarda Türkiyəyə səfər edə bilər. Bunu bazar günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. “Biz Fransanın xarici işlər naziri ilə səyləri koordinasiya edəcəyik ki, səfər yaxın gələcəkdə baş tutsun”, - deyə Çavuşoğlu bildirib. Onun sözlərinə görə, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq. Qeyd edək ki, Türkiyə və Fransa Prezidentləri oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin ilk iclası çərçivəsində görüşüblər. Geri dön |