Ana Sayfa > Karusel / Manşet > Neft hasilatının azaldılması ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərini gərginləşdirib
Neft hasilatının azaldılması ABŞ-Səudiyyə Ərəbistanı münasibətlərini gərginləşdirib9-10-2022, 20:14. Yazar: Admin |
“OPEC+” tərəfindən gündəlik neft hasilatının 2 milyon barrel azaldılması barədə qərarın qəbuluna görə ABŞ Prezidenti Co Baydenin Səudiyyə Ərəbistanını tənqid etməsindən sonra demokrat konqresmenlər də hərəkətə keçib. Qarabaginfo.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Nümayəndələr Palatasının üzvü Tom Malinovski (Nyu-Cersi ştatı), Şon Kasten (İllinoys ştatı) və Syuzan Uayld (Pensilvaniya ştatı) qanun layihəsi hazırlayaraq təqdim ediblər.
Qanun layihəsi neft hasilatının azaldılması barədə qərara görə ABŞ qoşunları və hərbi texnikasının Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən çıxarılmasını, bununla bağlı Ağ evin üzərinə öhdəlik qoyulmasını ehtiva edir. ABŞ qoşunları və hərbi texnika Səudiyyə Ərəbistanı və BƏƏ-dən çıxarılaraq Yaxın Şərqdə digər ölkələrə yerləşdirilməlidir. Layihə müəllifləri hesab edirlər ki, bu iki ölkə neft hasilatının azaldılmasını dəstəkləməklə Rusiyanı dəstəkləməyə qərar verib. Qeyd edək ki, Səudiyyə Ərəbistanında 3 min, BƏƏ-də 2 min ABŞ hərbçisi var. Bununla bərabər, ABŞ bu iki ölkənin ərazisində “F-35” hərbi təyyarələri, THAAD, “Patriot” və digər silah sistemləri yerləşdirib. Geri dön |