Ana Sayfa > Karusel / Manşet > Azərbaycanda son sutkada 67 nəfər COVID-19-a yoluxub, ölən olmayıb
Azərbaycanda son sutkada 67 nəfər COVID-19-a yoluxub, ölən olmayıb9-10-2022, 17:43. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 67 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 822 171 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 811 701 nəfər müalicə olunaraq sağalıb, 9 927 nəfər vəfat edib, aktiv xəstə sayı 543 nəfərdir. Ölkədə son sutka ərzində 1 780, hazırkı dövrədək isə 7 273 091 test aparılıb.
Geri dön |