Ana Sayfa > Karusel / Manşet > Mikayıl Hüseynov və Sadıq Dadaşovun birgə abidəsi ucaldılacaq - SƏRƏNCAM

Mikayıl Hüseynov və Sadıq Dadaşovun birgə abidəsi ucaldılacaq - SƏRƏNCAM


8-10-2022, 17:55. Yazar: Admin

Mikayıl Hüseynov və Sadıq Dadaşov

Görkəmli Azərbaycan memarları Mikayıl Ələsgər oğlu Hüseynovun və Sadıq Ələkbər oğlu Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə birgə abidəsi ucaldılacaq.

Qarabaginfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

Sərəncama əsasən, Bakı şəhərində görkəmli memarlar Mikayıl Hüseynovun və Sadıq Dadaşovun vahid kompozisiya şəklində birgə abidəsi ucaldılacaq.

Bakı Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə Mikayıl Hüseynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Geri dön