Ana Sayfa > Karusel / Region > Prezidentlər görüşə bu avtomobillərlə gəldilər

Prezidentlər görüşə bu avtomobillərlə gəldilər


8-10-2022, 12:51. Yazar: Admin
Prezidentlər görüşə bu avtomobillərlə gəldilər

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.

 

Qarabaginfo.az xəbər verir ki, "Ria Novosti" agentliyi MDB liderlərinin görüşə hansı marka avtomobillərlə gəlməsi haqda araşdırma aparıb.

 

Görüş Konstantinovski sarayında baş tutub.

 

İclasa ilk gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev olub. O, “Mercedes” markalı avtomobilə üstünlük verib.

 

Ardınca Ermənistanın Baş naziri Nikol Paşinyan, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Özbəkistan lideri Şavkat Mirziyoyev gəliblər. Hər üç dövlət başçısı Rusiya istehsalı olan "Aurus" markalı avtomobildən istifadə edib.

 

Tacikistan liderləri Emomali Rahmon və Belarus Prezidenti Aleksandr Lukaşenko da eyni avtomobillə görüş yerinə təşrif buyurublar. 

 

Azərbaycan Prezidenti İlham Əliyevin isə "Mercedes Maybach" markalı avtomobillə tədbirin keçirildiyi ünvana gəldiyi bildirilir. 


Geri dön