Ana Sayfa > Karusel / Cəmiyyət > 2025-ci ilədək azad olunmuş ərazilərə 1 milyona yaxın turistin səfəri gözlənilir

2025-ci ilədək azad olunmuş ərazilərə 1 milyona yaxın turistin səfəri gözlənilir


8-10-2022, 11:09. Yazar: Admin

2025-ci ilədək azad olunmuş ərazilərə 1 milyona yaxın turistin səfəri gözlənilir

“Azad olunmuş ərazilərə 2025-ci ilə qədər 1 milyona yaxın yerli və xarici turistin səfəri gözlənilir. Bu isə daha böyük perspektivlərdən xəbər verir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "Naftalan - Sağlamlıq və turizmin sinerji mənbəyi. Regionda yeni reallıqlar" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

Emin Hüseynov bildirib ki, bölgədə turizmin müxtəlif növlərinin inkişafı təmin ediləcək: “Qarabağın inkişafı və bərpası, o cümlədən bölgənin turizm potensialının düzgün reallaşdırılması bundan sonra hər birimizin qarşısında şərəfli və məsuliyyətli missiya olaraq qalır. Qeyd olunan işlərin icrasında nəinki dövlət qurumları, o cümlədən hər bir vətəndaşımız, xaricdə yaşayan azərbaycanlılar səfərbər olmalıdır".

 


Geri dön